Bazar , 22 Dekabr 2024
Drone Cameras

Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib

Azərbaycanın bütün bölgələrində ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən diqqətdə saxlanılır.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, turizm zonalarından biri olan Lerikdə bu istiqamətdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.

Keçirilən tədbirlər zamanı ərazinin zibillənməsi ilə bağlı aşkarlanan hallar üzrə İnzibati tənbeh tədbirləri görülüb. Polis və aidiyyəti dövlət qurumları tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Check Also

Sabah Bakıya qar yağacaq- HAVA PROQNOZU

Dekabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …