Şənbə , 20 Aprel 2024
Drone Cameras

Əli Kərimlinin mitinqində rüsvayçılıq ŞƏRH

Meydan tv aksiyanı canlı yayımlamaqdan vaz keçib

 

“Milli Şura”nın 23 sentyabr mitinqindən sonra sözügedən aksiyanın rüsvayçılıqları ətrafında gedən söz-söhbətlər səngiməmiş, növbəti aksiyaya – 7 oktyabr mitinqində ortaya çıxan növbəti fakt əsas təşkilatçı olan AXCP sədri Əli Kərimlini ciddi təşvişə salıb. Aksiyanın keçirildiyi məkandan da göründüyü kimi, “Milli Şura”nın aksiyasında ümumiyyətlə, barmaq sayılacaq qədər adam var.

Boyukmillet.com-ın sia.az saytına istinadən məlumatına görə, buna başçıla səbəb Nardaran hadisələrində ittiham olunan və hazırda həbsə olan şəxslərin adlarının sırasına Eldəniz Məmmədov adlı “İŞİD” terrorçusunun da ad-soyadının əlavə edilməsidir. Daha dəqiq desək, Nardaran hadisələrində həbs olunan insanların “siyasi”, ya da “vicdan” məhbusu kimi təqdim olunduqları və hakimiyyətdən azadlıqları tələb olunan şəxslərin adları arasında Əbu Cihad ləqəbli Eldəniz Məmmədovun da adının yer alması uzun müddətdir dindarlardan çirkin məqsədləri üçün sui-istifadə edən Əli Kərimliyə qurşaqaltı zərbə effektini verib. Bu səbəbdən, ümid bəslədiyi dini kəsimin nümayəndələri ümumiyyətlə, mitinqə getmək fikrindən danışıb. Çünki İslamın ənənəvi dini məzhəbi çərçivəsində digərləri ilə baxışları qətiyyən üst-üstə düşməyən və qaniçən vəhhabilik sektasını qəbul etməyən müsəlmanların qanlarını, canlarını, mallarını, hətta ailələrini belə (!) qəsb etməyi halal hesab edən terrorçu sektant Əbu Cihadın, yəni Eldəniz Məmmədovun “vicdan məhbusu” elan edilməsi digər dindarların aşırı qəzəbi ilə nəticəsini tapıb. Bu gün onlar haqlı olaraq AXCP sədrindən bu məsələnin izahatını tələb etməyə başlayıblar. Üstəlik, AXCP sədrinin ətrafındakı ateistlər son vaxtlar Məhərrəmlik ayını və Aşura mərasimlərini ələ saldıqlarına görə, tərəflər arasında kəskin qarşıdurmalara start verilib.

Əli Kərimli isə nə vəhhabi sektantını müdafiə etməyə, nə də ateist tərəfdarlarının hərəkətlərinə görə cavab verə bilmir və bununla da əsas olaraq, ümid bəslədiyi ənənəvi dini kəsimin dəstəyini itirmiş oldu. Artıq mitinq başlasa da orada “çoxsaylı elektorat” iddiasının olmadığını rahatca görmək mümkündür.

Maraqlı məqamlardan biri də budur ki, əslində, Əli Kərimli üçün kimin hansı məzhəbə qulluq etməsi qətiyyən maraqsızdır. Ona maraqlı olan Qərbdə fəaliyyət göstərən və erməni lobbisinin dəstəyi ilə Azərbaycan dövlətinin əleyhinə iş aparan qüvvələrin maddi və s. dəstəyidir. Ancaq çox yəqin ki, o bu dəstəyini də itirməli olacaq. Daha doğrusu, 23 sentyabr mitinqində ermənilərin xeyrinə işləyən ifadələrin səsləndirilməsi, xüsusilə Gültəkin Hacıbəylinin Azərbaycan Ordusu haqqında düşmən dəyirmanına su tökən rəzil fikirlərlə çıxış etməsi AXCP sədrinin “siyasi reputasiyasına” birinci zərbəni vurmuşdu. Məhz həmin məsələdən sonra bir çox müxalifətyönlü şəxslər də Əli Kərimlinin Ordumuza qarşı zərərli kampaniya aparmasını həddi aşmaq kimi qiymətləndirmişdilər.

Bunun ardınca isə qeyd edilən digər iki fikir – “İŞİD” terrorçusunun “vicdan məhbusu” kimi təqdim olunması və ateistlərin inanclıların mərasimlərini ələ salmaları, rişxənd dolu fikirlər yazmaları Kərimlinin siyasi məhvinə necə deyərlər, böyük təkan vermiş oldu.

Əslində, AXCP sədrinin bu və ya digər hallarda dövlət, xalq, milli maraqlar əleyhinə fəaliyyəti kontekstində səhvləri kifayət qədərdir və bu dəfə onun siyasi qürubu daha çox nəzərə çarpır. Ümidlərini 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə dikmiş AXCP sədri ətrafında olan tör-töküntülərlə tarixin zibil urnasına atılacaq. Görünür, o siyasi ölümünü hiss etdikcə, daha çox çapalamağa çalışacaq, ancaq belə çapalamaların ona səmərə verəcəyini düşünmək olmaz. Bu baxımdan mitinqdə 1200-dən artıq adam olmayıb.

Əsası isə budur ki, artıq Qərb, yaxud Şimal dəstəkçiləri də onu “siyasi fiqur” olaraq qəbul etmir və Kərimlinin bundan sonrakı “ideya” və “təşəbbüslərinin” rədd edilməsi amili daha da aktuallaşır.

 

Rövşən NURƏDDİNOĞLU

 

P.S. Yeri gəlmişkən, AXCP sədrinin qızğın tərəfdarı qismində çıxış edən Meydan tv mitinqin “facebook”dan canlı yayımlanacağını xəbər versə də, bunu reallaşdırmayıb. Bunun isə səbəbi kifayət qədər bəllidir. Ona görə də bir neçə kadr verməklə kifayətləniblər. Rüsvayçılıq isə məhz buna deyilir.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir