Bazar , 11 Yanvar 2026
Drone Cameras

Litva Rusiya ilə quru və su sərhədini gücləndirilmiş rejimdə mühafizə edir

Litvanın Rusiya ilə həm qurudan, həm də su yollarından – Neman və Baltik dənizindən keçən sərhədi gücləndirilmiş şəkildə mühafizə altındadır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Klaypeda limanına səfər edən ölkənin daxili işlər naziri Aqne Bilotayte məlumat verib.

“Litvaya qarşı davam edən hibrid hücumlar, eləcə də Ukraynadakı müharibə bizi ən yüksək hazırlıq vəziyyətində olmağa məcbur edir. Sizi əmin edə bilərəm ki, Rusiya ilə su və quru sərhədləri ciddi şəkildə mühafizə olunur”-deyə, o bildirib.

Onun sözlərinə görə, bu tədbirlər Klaypeda bölgəsində yerləşən obyektlərlə bağlı xüsusilə vacibdir:

“Burada Litvanın yeganə Klaypeda Dövlət Dəniz Limanı, eləcə də səkkiz strateji əhəmiyyət daşıyan obyekti mövcuddur. Onların arasında limanda fəaliyyət göstərən mayeləşdirilmiş təbii qaz terminalı xüsusi yer tutur”.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …