Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Litva Seymi yerli Kommunist Partiyasını sakinləri sürgün etməkdə təqsirli bilib

Litva parlamenti ölkənin Kommunist Partiyasını 1944-1963-cü illərdə deportasiya və işgəncələrə görə təqsirli bilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Bu il Litvada 20-ci əsrin “Bahar” kod adlı ən böyük deportasiyasının 75-ci ildönümüdür.

“Cəmi iki gün ərzində – 1948-ci il mayın 22-23-də Litvanın 40 mindən çox sakini zorla sürgün edilib ki, onların da təxminən 12 mini uşaq olub. Bir çox körpə və azyaşlı uşaq mal-qara vaqonlarında daşınma zamanı xəstəlik və ya qida çatışmazlığı səbəbindən ölüblər”, – Seym üzvü Audronüs Ajubalis vurğulayıb.

Litva Seymi 97 səslə yerli Kommunist Partiyasının prosesdə iştirakını tanıyıb. Layihədə deyilir ki, partiya “Litva sakinlərinin məhv edilməsinə, əmlaklarının müsadirə edilməsinə və mənimsənilməsinə, öncədən planlaşdırılan və onun göstərişi ilə həyata keçirilən soyqırımına bərabər olan işgəncələrə və deportasiyaya görə məsuliyyət daşıyır”.

Check Also

Avropa liderləri Ukraynada müharibənin başlanmasının üçüncü ildönümündə Kiyevdə toplaşıb

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib Avropa Komissiyasının sədri Ursula fon der Leyen …