Bazar , 28 Aprel 2024
Drone Cameras

Litvalı jurnalist: “Dünya Xocalı soyqırımına göz yummasaydı, Srebrenitsa, Buça faciələri olmazdı”

“Qarabağda faciəli hadisələr baş verəndə, erməni silahlıları dinc əhalini qətlə yetirəndə, Xocalıda soyqırım törədiləndə – bir gecədə 600-dən çox dinc sakin, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürüləndə beynəlxalq media susurdu”.

Boyukmillet.com xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən litvalı jurnalist Riçardas Lopaitis jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 1992-ci ilin fevralında, yəni Birinci Qarabağ müharibəsinin qızğın dövründə Qarabağda, hadisələrin episentrində olub: “Əgər o vaxt dünya mediası susmasaydı, əsl soyqırımının baş verdiyi faciəli hadisələrə göz yummasaydı, bu hadisələr sonradan Buçada (Ukrayna) və başqa yerlərdə təkrarlanmazdı. Sonra erməni siyasətçiləri tərəfindən xeyli dezinformasiyalar yayıldı, onlar Xocalı faciəsi ilə bağlı həqiqətləri gizlətməyə çalışırdılar. Əgər beynəlxalq media bu ərazilərdə gəlsəydi, bununla bağlı həqiqətlər dünyada eşidilərdi”.

R.Lopaitisin sözlərinə görə, o zaman Qarabağda, Xocalıda və başqa yerlərdə qətlə yetirilən azərbaycanlıların meyitlərini çox az sayda jurnalist görmüşdü: “Hətta ən nüfuzlu media orqanların – “Reuters”, BBC-nin və s. jurnalistləri belə oraya səfər etməmişdi…”.

O, həmin faciəli hadisələrlə bağlı xatirələrini bölüşüb və bildirib ki, o zaman bundan sonra da həqiqəti yazacağına, haqq-ədalət uğrunda mübarizə aparacağına söz verib: “Sonrakı işlərimdə, yəni Çeçenistanda və digər “qaynar nöqtələr”də çalışan zaman məhz belə etdim”.

Litvalı jurnalist qeyd edib, başqaları üçün sadəcə qala və daş, amma hər bir azərbaycanlı üçün isə doğma şəhər, Azərbaycan muğamının, tanınmış şair, yazıçı və mütəfəkkirlərinin vətəni, Qafqazın mirvarisi və ölkənin mədəniyyət paytaxtı olan Şuşada olduğuna görə çox xoşbəxtdir: “Mən buraya qayıdacağımıza, Qarabağın yenidən çiçəklənəcəyinə hər zaman inanır və ümid edirdim”.

Onun sözlərinə görə, lakin əvvəllər Şuşada çay və ya kofe içəcəyini xəyalına belə gətirmirdi.

R.Lopaitis Qlobal Media Forumuna dəvətə və 30 ildən sonra Qarabağın dirçəlişini gözləri ilə görə bildiyinə görə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə minnətdarlığını bildirib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …