Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Litvanın Kiyevdəki səfirliyinə zərbə endirilməsi ilə əlaqədar Rusiya nümayəndəsi XİN-ə çağırılacaq

Rusiyanın növbəti hücumu nəticəsində Litvanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə əlaqədar Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya raketlərinin diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşməsindən sonra səfirliyin binasına ziyan dəyib. Diplomatik missiyanın əməkdaşları xəsarət almayıblar.

“Ötən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində Litva səfirliyinin binası da zədələnib. Raketlər diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşüb. Xoşbəxtlikdən, səfirlik əməkdaşları xəsarət almayıblar. Bu gün Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılacaq. Daha sərt sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqləri gücləndirmək, həmçinin Ukraynaya dəstəyi artırmaq lazımdır”, – Budris bildirib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …