Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Tasnim”: İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb

İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, bunu “Tasnim” agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib.

O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini “dəlilik” adlandırıb və xəbərdarlıq edib ki, Tehran cavab tədbirlərinə tam hazırdır.

Rəsmi qeyd edib ki, İranın cavabı regiondakı ABŞ enerji infrastrukturunu əhatə edir.

Daha əvvəl məlumatlı mənbələrə istinadən “CBS News” telekanalı bildirmişdi ki, Birləşmiş Ştatlar və İsrail İranın enerji infrastrukturu obyektlərinə son vaxtların ən genişmiqyaslı bombardmanlarından birini planlaşdırır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …