Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Liviya sahillərində miqrant qayığının qəzası nəticəsində onlarla insan itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 30-a yaxın adam itkin düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi məlumat yayıb.

Xilasetmə əməliyyatı zamanı qayığın batdığı, 17 nəfərin xilas edildiyi, daha 30 nəfərin isə itkin düşdüyü bildirilir. Yaxınlıqdakı ticarət qayıqları itkin düşənləri axtarır.

Martın 9-dan İtaliya miqrantları dəniz yolu ilə qeyri-qanuni daşıyanlara görə cəzanı 30 ilə qədər sərtləşdirib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …