Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Liviyada hərbi helikopterlər toqquşub, ölənlər var

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib.

“Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, – mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəriti ilə bağlı araşdırmalara başlanılıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …