Bazar , 19 May 2024
Drone Cameras

Məhəmməd Rəbbani: “Fransa hökumətinin müsəlmanlara qarşı siyasəti təhqiramizdir”

“Fransa hökumətinin müsəlmanlara qarşı indiki siyasəti təhqiramizdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı olan CAGE-nin icraçı direktoru Məhəmməd Rəbbani jurnalistlərə açıqlamasında deyib.

M.Rəbbani bildirib ki, onun qeyri-hökumət təşkilatı Fransa hökumətinin siyasətindəki sui-istifadə hallarını sənədləşdirir: “Bu, terrorla mübarizə bəhanəsi ilə həyata keçirilir”.

“Mənim təşkilatım bu faktla cəmi iki ay əvvəl ATƏT-in Polşada keçirilən konfransında bilavasitə üzləşmişdi. Bu ölkəyə gələn kimi Polşa hakimiyyət orqanları məni dayandırdılar və Polşadan deportasiya etdilər. Bunun səbəbini soruşanda polşalı sərhədçilər açıq şəkildə bildirdilər ki, onlarda Fransa tərəfinin göstərişləri var: onlar mənim ATƏT-in konfransında iştirak etməyimi istəmirlər”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu, Fransa hökumətinin siyasətinin təhqiramiz olduğunun sübutudur, lakin onlar dünyanın bundan xəbər tutmasını istəmirlər: “Buna görə də vurğulamaq istərdim ki, bu gün Qoşulmama Hərəkatı ölkələrinin bir araya gələrək görüşlər təşkil edə biləcəyi alternativ platformanın olduğu təşəbbüs çox dəyərlidir”.

CAGE-nin icraçı direktoru qeyd edib ki, hələ bu ilin iyulunda onu Fransa sərhədində saxlayıblar: “Məni bir gecə müvəqqəti təcridxanada saxladılar və Fransaya girişi qadağan etdilər. Səbəb odur ki, mən ötən il Polşada ATƏT-in konfransında olarkən Fransaya, bu ölkə daxilində müsəlmanlara qarşı ayrı-seçkiliyə qarşı bəyanat vermişəm. Bu bəyanatdan 2 həftə sonra Fransa hökuməti öz sərhəd departamentinə mənim gəlişimin qarşısını almaq üçün göstəriş verdi. Fransa hakimiyyəti hüquq müdafiə təşkilatının fəaliyyətinə müdaxilə edir və onun işinə mane olmağa çalışır”.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …