Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.

İclasda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.

Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.

İclasda həmçinin intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …