Bazar , 7 Dekabr 2025
Drone Cameras

Məmməd İbrahimliyə BU İTTİHAMLAR irəli sürüldü – RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP funksioneri Məmməd İbrahimliyə artıq rəsmi ittiham elan olunub.

Boyukmillet.com xəbər verir ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – “hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər” üzrə ittiham irəli sürülüb.

Bu maddə dövlət çevrilişi cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyəti özündə ehtiva edən ən ağır ittihamlardan biri hesab olunur.

Məmməd İbrahimli hazırda DTX-nin istintaq təcridxanasında saxlanılır və araşdırmalar davam edir. İttihamın məhz Ramiz Mehdiyev işi üzrə aparılan genişmiqyaslı istintaq çərçivəsində irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli də eyni cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilib və prosesin gedişində yeni həbslərin istisna olunmadığı deyilir.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …