Bazar , 19 May 2024
Drone Cameras

Mənsimovun fırıldaqçı oyunları hələ də bitmir

Boyukmillet.com saytının redaktoru Sima Babayeva öz facebook hesabında iş adamı Mübariz Mənsimov haqda maraqlı paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik:

Aldığımız məlumata görə, Türkiyədə fəaliyyət göstərən iş adamı Mübariz Mənsimov xalqa müraciət edib.
Müraciətdə bildirir ki, olmayan şirkətimə işci tələb olunur.
Yazıq millətimiz tez əşyalarını toplayıb İstanbula getməyə tələsiblər.

Tələsməyin çünki, nə şirkət, nə də iş var. Yalnız yalan vədlər var. Axı bu adam vaxtında calışdırdığı insanların əmək haqlarını verməyib.

Adı olub, özü olmayan gəmilərə görə bir-bir zəng edib şəhid ailələrini ora yığmaqda məqsədi nədir?

Özünün olmayan gəmilərə şəhidlərin adını vermək, onların ailələrinə şəxsən zəng edərək İstanbula dəvət etmək və bunların hamısını videoya çəkərək sosyal medyada paylaşmaq özünü reklam etməkdən başqa bir şey deyildir.
Həmdə çox ucuz hərəkətlərdir.

Bu onun iyrənc oyunlarıdır. Mənsimovun fırıldaqçı oyunları hələ də bitmir. Neçə illərin işçilərini birdən-birə işdən çıxartmaq, qardaşı ilə bərabər yeni işçi yığmaq, bu da reklamın bir növüdür. Anlamaq lazımdır ki, bu on da vərdişdir. Heç zaman bu vərdişlərindən əl çəkməyəcək.

Ortaya belə bir sual çıxır necə ola bilir ki,bu savadsız heç bir orta və ali təhsili olmayan şəxsin ulduzu birdən birə parlayıb. Bu işdə bir başa rolu olan şirkətlər və onların rəhbərləri pis adam olur, bircə bu yaxşı adamdır.

Mən burdan xalqıma bildirirəm ki, Mübariz Mənsimovun yalan dillərinə uymasınlar. Dolandırıcı, yalançı adamdan heçkəsə xeyir gəlməyib, gəlməyəcəkdə. İki eşşəyin arpasını bölə bilməyən aşbazdan iş adamı ola bilməz.

Bir də hərkəsin nəzərinə çatdırmaq istəyirəm ki, öz xoşbəxtliyini qurmaq üçün başqasının yuvasını dağıdanların yuvası dağılar mütləq.

Sima Babayeva

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …