Cümə , 3 May 2024
Drone Cameras

Məscidlərimizdə TERROR təhlükəsi – Kriminoloqdan CİDDİ XƏBƏRDARLIQ

“Baş verən terror hadisələrindən sonra biz də diqqətli olmalıyıq. Son zamanlar məscidlərdə xarici qonaqların sayı artıb, dilimizi bilmirlər. Özü də qrup şəklində gəlirlər. Təbii ki, bunlar ələ alına bilərlər. Azərbaycana qarşı kin-küdurət bəsləyən dövlətlər tərəfindən göndərilə bilərlər, onlara külli miqdarda rüşvət təklif edilə bilər, kamikadzelik edə bilərlər”.

Bu fikirləri Musavat.com-a Polisə dəstək” İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev bildirib.

SEMSİ.jpg (78 KB)

O deyib ki, insanların kütləvi şəkildə namaz qıldığı Təzə Pir məscidi, Göy məscid və Heydər məscidində nəzarət gücləndirilməldir:

“Mən özüm də məscidlərə üz tuturam, ibadətimi edirəm, amma narahatlıq doğuran məqamlar var. Düzdür, məscidlərdə mühafizə var, amma mühafizə müəyyən texniki vasitələrlə təmin olunmalıdır. Daha çox cümə namazı vaxtı ora gələn imanlı şəxslərin üstü çox dəqiq yoxlanılmalıdır. Burada səhlənkarlıq olarsa, sonradan onun ağır nəticələrini görə bilərik. Təbii ki, imam namaza başlamadan öncə minbərdən oturub üzünü namaz əhlinə tutmalıdır. Müraciət edərək ehtiyatlı olmağı tapşırmalıdır. Bildirməlidir ki, dövlətdən hər şeyi tələb etmək olmaz. Cinayətkarlarla mübarizə hüquq-mühafizə orqanlarının vəzifəsidir. Amma namaz qılanlar da ehtiyatlı olsunlar. Namaz qılanlar arasında bir şübhəli bildikləri fərd varsa, onunla bağlı polisə xəbər versinlər”.

Afaq Mirayiq,
Musavat.com

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …