Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

Mədət Quliyev TÜRKON-un toplantısında – Qırğızıstandan FOTOLAR

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov noyabrın 14-də Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (TÜRKON) XXI iclasının iştirakçılarını qəbul edib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev iştirak edib.
Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox yaxın, qardaş xalqlarıq. Belə görüşlər dövlətlərimiz arasında əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirir. Dövlət başçısı bu tədbirlərin təcrübə mübadiləsinin aparılması, milli, regional və qlobal problemlərin müzakirəsi baxımından önəmini diqqətə çatdırıb.
Prezident Sooronbay Jeenbekov qeyd edib ki, region dövlətlərinin başçıları xüsusi xidmət orqanlarının qardaş xalqlarımızın təhlükəsizliyini təmin etməyə yönəlmiş sıx və səmərəli qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verirlər.
Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi İsdris Kadırkulov Konfransın fəaliyyəti haqqında məlumat verib.

 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir