Bazar , 22 Dekabr 2024
Drone Cameras

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Mətbuat xidmətinin məlumatı

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Mətbuat xidmətinin məlumatı

Yanvarın 25-də Böyük Britaniyada (2016-cı il sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini Britaniya və Azərbaycan ictimaiyyətinə elan etmək üçün özünün ilk mühüm tədbirini keçirəcək.

Bu Fond Birləşmiş Krallıqda bu günədək elm və mədəniyyət sahəsində apardığımız bütün işləri öz çətiri altına alaraq, belə fəaliyyətin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və dürüst dəstək üçün yaradılmışdır.

Londonda yanvarın 25-də təqdimatı keçiriləcək və həqiqətən dəyərli, hörmətli iş görən peşəkarların zəhməti nəticəsində ərsəyə gələn bu Fondun Azərbaycan üçün vacib olduğunu bir daha vurğulamaq istəyirəm. İnformasiya vasitələrindən bu vacibliyi anlayıb, onu Azərbaycan ictimaiyyətinə dəqiq və düzgün çatdırmaqda bizə yardım etməsini xahiş edirəm.

2013-cü ildən failiyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/) yaradılmasında böyük səylər göstərərək, bu Mərkəzə məhz dahi şairimiz Nizaminin adının verilməsinə nail olmuşuq. İlk dəfə olaraq biz azərbaycanlılar gec də olsa, dünyanın ən qədim elm ocaqlarından birində öz yerimizi tutmağa başlamışıq. Mən 2013-cü ildən Oksford Universitetinin İnkişaf departamentinin rəhbəri xanım Liezl Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor Endru Hamilton, Sent Kross Kollecinin keçmiş rəhbəri, Viktoriya və Albert Muzeyinin keçmiş direktoru Ser Mark Couns, Şərqşünaslıq İnstitutunun rəhbəri, professor Mark Smit, Triniti Kollecinin professoru Brayan Vord Perkins, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, Breyznoz Kollecinin rəhbəri cənab Con Bouers və onlarla başqa alim və rəhbər şəxslərlə keçirtdiyim görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi mərkəzin faəliyyət istiqamətlərini və elmi-strateji məqsədlərini müzakirə etmişəm. Oksford Unversitetində Mərkəzin bu günədək keçirdiyi iki beynəlxalq konfransda ilk dəfə olaraq dünya səviyyəli ciddi alimlər çıxış etmiş və Azərbaycanla bağlı tarix, antropologiya və arxeologiya elmində mövcud olan sualları və məsələləri açıq müzakirə etməyə başlamışlar. Tam məsuliyyətlə deyə bilərəm ki, təəssüflər olsun, indiyədək dünyanın heç bir nüfuzlu elmi qurumu və toplumu Azərbaycana dair belə tədbirlər keçirməyib. Mühüm fərq bu elmi tədbirlərin məhz Oksford Universiteti tərəfindən həyata keçirilməsi və buna görə də dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilməsindədir.

İşlərimiz arasında indiyədək ən önəmlisi üzərində böyük əziyyətimiz olan və ən çox qürur və sevinc duyduğum nailiyyət – 1940-cı ildə Yevgeniy Bertels tərəfindən yazılmış “Dahi Azərbaycan şairi Nizami” kitabının Oksford Universitetinin alim və dilçiləri tərəfindən ingilis dilinə çevrilib nəşr edilməsidir. Bu kitabın ayrıca təqdimatı Londonda və Bakıda keçiriləcək, lakin yanvarın 25-də biz bu kitabın ilk dəfə olaraq Britaniyada ingilis dilində nəşr edilməsi haqqında qısa anons verəcəyik.

Fond, eyni zamanda Azərbaycanın qədim Bərdə şəhərində Oksford Universiteti Nizami Mərkəzinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılmasına yeni dəstək verə biləcək. Tədbir zamanı biz, həmçinin bu elmi-arxeoloji ekspedisiyanın bu günə qədərki nəticələrini və tapıntılarını ictimaiyyətə təqdim edəcəyik. Bu ekspedisiyaya məhşur alim, professor Robert Hoyland rəhbərlik edir.

Tədbirdə Bakıdan gələn hörmətli qonaqlarla yanaşı, Böyük Britaniya hökuməti və parlamentinin yüksək səviyyəli nümayəndələri, o cümlədən Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Lord Malkolm Brus, Lord Maykl German və Birləşmiş Krallığın elmi akademik çevrəsinin nüfuzlu üzvlərinin olacağı gözlənilir. Bu alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru Hyu Kennedi (https://www.soas.ac.uk/staff/staff36939.php), 1636-cı ildə Oksford Universitetində təsis edilən Laudian professoru vəzifəsini icra edən ərəb ədəbiyyatı üzrə professor Culiya Brey (http://www.orinst.ox.ac.uk/staff/iw/jbray.html), Oksford Universitetinin Rusiya və Avroasiya Mərkəzinin direktoru, professor Roy Allison (http://www.sant.ox.ac.uk/people/roy-allison), SOAS Universitetinin şərq musiqisi üzrə professoru, İranşunaslıq Mərkəzinin üzvü, Oven Rayt (https://www.soas.ac.uk/staff/staff32029.php) və həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini (https://www.soas.ac.uk/staff/staff30791.php), ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrünə aid tədqiqatçı alimi, professor Elio Brankaforte (http://www2.tulane.edu/liberal-arts/german-slavic-studies/elio-brancaforte.cfm), Britaniyanın Ekseter Universitetinin İslamşünaslıq üzrə professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/), Şotlandiyanın Sent Endryus Universitetinin orta əsrlər üzrə islamşünas professoru Endryu Pikok (https://www.st-andrews.ac.uk/history/staff/andrewpeacock.html), Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena (http://www.devstudies.cam.ac.uk/people/professor-siddharth-montu-saxena), Durham Universitetinin aparıcı arxeologiya alimi, doktor Dan Lorens (https://www.dur.ac.uk/archaeology/staff/?id=6585) və başqalarının adlarını çəkmək olar.

Həmçinin tədbirdə Britaniyanın BBC telekanalının təmsilçiləri, o cümlədən qədim və orta əsrlər dövrü üzr tarixçi alim, BBC və digər beynəlxaq telekanallarda yayımlanan elmi-maarifləndirmə verlişlərinin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus (https://www.bettanyhughes.co.uk/about) da iştirak edəcəklər.

Londondakı diplomatik korpusun nümayəndələri, Türkiyənin Böyük Britaniyadakı səfiri Əbdürrəhman Bilqiç, Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko, eləcə də yerli işgüzar dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Biz təsis etdiyimiz Britaniya Fondunun çətiri altında gələcəkdə planlaşdırdığımız bütün dəyərli, davamlı akademik layihələri həyata keçirmək niyyətindəyik. Bu günə qədər əldə etdiyimiz və qazandığımız uğurlarla yanaşı, hələ çox kövrək addımlarla irəliləyirik. XIX əsrdən İngiltərədə faəliyyət göstərən və xüsusilə elm sahəsində dərin köklər salan erməni icmasının işi ilə müqayisədə biz hələ çox geridəyik.

Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun ilk tədbiri dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Viktoriya və Albert Muzeyində keçiriləcək. Qeyd edək ki, belə mötəbər incəsənət məbədində Azərbaycanla bağlı mühüm tədbir ilk dəfə keçirilir və yerli ənənəyə uyğun bütün qaydaları özündə hifz edir. Bu hadisənin dəyərini və qiymətini verə biləcək hər bir kəsə öz böyük minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Prof. Nərgiz Paşayeva

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir