Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017-ci ilin ilk turunun oyun cədvəli açıqlanıb. “Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, III dövrəyə yanvarın 28-də bölgədə start veriləcək.

XV turun açılış oyununda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 15:00-da başlanacaq. Turun son matçı isə yanvarın 29-da əzəli rəqiblərdən olan “Qarabağ”la “Neftçi” arasında keçiriləcək. “Azərsun Arena”dakı görüş saat 17:30-da start götürəcək. 

Azərbaycan Premyer Liqası, XV tur

28 yanvar

15:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

17:30. “İnter” – “Kəpəz”

“İnter Arena”

29 yanvar

15:00. “Zirə” – AZAL

Zirə İdman Kompleksinin stadionu

17:30. “Qarabağ” – “Neftçi”

“Azersun Arena”

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir