Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

Maaşlar, pensiyalar ARTIR, bəs niyə PROBLEMLƏR AZALMIR? – Natiq Cəfərli və Musa Quliyev ÜZ-ÜZƏ

Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən məsələyə hər il baxılacaq.
O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əməkhaqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə YAP-çı deputat Musa Quliyev və Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Check Also

Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub – SƏBƏB

SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən …