Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Macar səyyah: “Azad olunan ərazilərdə bərpa işlərinin sürətindən heyrətləndim”

“Müharibə çox həssas mövzudur. İnsanlar din və ya etnik mənsubiyyət fərqinə görə müharibə etməməlidir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, macarıstanlı səyyah İldiko Szabo bildirib.

İ.Szabo Xocalı faciəsi haqqında məlumatlardan şoka düşdüyünü bildirib: “Xocalı hadisəsi insanda dəhşət doğurur. Onun haqqında eşitdikdə şoka düşmüşdüm”.

“Mənim üçün müharibə çox həssas mövzudur. İnsanların dinə, etnik mənşəyə görə bölünməsini anlamıram”, – səyyah bildirib.

Səfər haqqında təəssüratlarını bölüşən İ.Szabo həm gördüyü dağıntılardan, həm də bərpa işlərinin sürətindən heyrətləndiyini qeyd edib: “Bu ərazilərdə aparılan bərpa işləri adamı ilhamlandırır. Füzuli hava limanı cəmi 8 ay ərzində tikilib, yeni yolların tikintisi aktiv şəkildə davam etdirilir”.

Xatırladaq ki, fevralın 16-da tanınmış xarici səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başlayıb. Səfər zamanı onlar azad edilmiş ərazilərin tarixi-mədəni abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işlərlə tanış olurlar.

Səyyahlar fevralın 16-da Şuşa və Ağdamda, bu gün isə Kəlbəcər və Laçında olublar.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …