Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı qanunu təsdiqləyib

Macarıstan parlamenti mayın 20-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması prosesini başladan qanunu qəbul edib.

Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, səsvermə apreldə başlanan prosedurda növbəti addım olub. Həmin vaxt Baş nazirin nümayəndəsi hökumətin BCM-dən çıxmaq qərarını elan etmişdi.

Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, BCM-dən çıxış prosesi təxminən bir il çəkəcək.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …