Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Macarıstan XİN rəhbəri: Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilərlər

“Avropa İttifaqının və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiridir və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər”.

Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.

Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncəni itirməyə başlayır, dünyanın səsi zəifləyir, Avropanın siyasi liderlərinin əksəriyyəti müharibə psixozundan əziyyət çəkir:

“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, elə bil özləri müharibədədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …