Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Makron: “Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər”

Rusiyanın Ukraynadakı müharibəsi qonşu ölkələrə də yayıla bilər.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron moldovalı həmkarı Maia Sanduya xəbərdarlıq edib.

Fransa lideri bildirib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək.

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, – Makron bildirib.

O əlavə edib ki, Fransa regional təhlükəsizliklə bağlı vəziyyətə və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hər hansı mümkün qəsd halına xüsusi diqqət yetirmək niyyətindədir.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …