Bazar , 19 Yanvar 2025
Drone Cameras

Makron Ukraynadakı hadisələri soyqırımı adlandırmamasının səbəbini Zelenskiyə izah edib

Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Emmanuel Makron “France Bleu” radiosuna deyib.

O deyib ki, Zelenskiyə Ukraynadakı hadisələri niyə soyqırımı adlandırmaqdan imtina etdiyini izah edib.

“Mən bu səhər – bura gəlməmişdən əvvəl artıq onunla danışmışam. Bu axşam onunla yenidən danışmağı planlaşdırıram”, – prezident Makron bildirib.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Rusiya və Ukrayna xalqlarını qardaş adlandırıb, o, Ukraynada baş verənləri soyqırımı adlandırmayıb. Ukrayna lideri Zelenski bu sözləri ağrılı hesab etdiyini deyib və bu məsələləri Makronla müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …