Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Maldiv XİN rəsmisi: “Azərbaycana Afrika və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına görə təşəkkür edirik”

“Azərbaycana Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün 1 milyon ABŞ dolları maliyyə ayırdığına görə təşəkkür edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Maldiv Xarici İşlər Nazirliyinin xarici əlaqələr katibi Əhməd Lətif Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Maldiv adaları pandemiyanın mənfi nəticələrini hiss etsə də, bu il turizm sektorunu tam bərpa edərək, onu pandemiyadan əvvəlki səviyyəyə çatdırıb”, – o vurğulayıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …