Bazar , 11 Yanvar 2026
Drone Cameras

Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib

2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib.

“Yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür”, – deyə nazir qeyd edib.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …