Cümə , 17 May 2024
Drone Cameras

Mariupolda müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb

Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.

Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır: “Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub”.

A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …