Bazar , 19 Yanvar 2025
Drone Cameras

Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə  daha 8 xal alaraq inamlı qələbəyə nail olub – 13:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Hər iki qarşılaşma sentyabrın 19-da olacaq.

Check Also

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandanın azarkeşlərinə qadağa qoyulub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi “Ankaragücü” komandasının azarkeşlərinin Türkiyənin I Liqasında …