Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Marko Rubio: Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq

Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır:

“Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …