Cümə , 22 Noyabr 2024
Drone Cameras

Markov: “Putin İrəvanı nə qədər ki imkan var, razılaşmağa çağırır”

“Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı bilir ki, Rusiya Prezidenti Vladimir Putin onu satqın hesab edir və Rusiya lideri Paşinyanı Ermənistanda hakimiyyətdən uzaqlaşdırmaqdan məmnun olardı”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloqun sözlərinə görə, Putin “Valday” forumunda çıxışı zamanı Paşinyana eyham vurub ki, o, Azərbaycana böyük güzəştlər etməlidir.

“Putin bildirib ki, Rusiya uzun illər ərzində Ermənistan rəhbərliyini Azərbaycana güzəştə getməyə və Qarabağ ətrafındakı 7 rayondan beşini Azərbaycana qaytarmağa razı salmağa çalışıb. Yalnız bundan sonra Qarabağ problemini sülh yolu ilə həll etmək olardı. Lakin Ermənistan rəhbərliyi inadkarlıq edib və müharibənin başlamasına səbəb olub. Nəticədə onlar məğlub olaraq daha çox şey itirdilər. Beləliklə, Putin Ermənistan rəhbərliyinə güzəştə getməyəcəyi təqdirdə İrəvanı nələrin gözləyəcəyinə eyham vurub. Yəni, əks təqdirdə yenidən müharibə olacaq və Azərbaycan heç bir güzəştə getmədən bütün Qarabağ ərazisini hərbi yolla tam nəzarətə götürəcək”, – o vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …