Şənbə , 23 Noyabr 2024
Drone Cameras

MDB-nin iclasında QALMAQAL: Əli Əsədov Qriqoryanla sözləşdi

MDB Hökumət Başçılarının iclasında polemika yaşanıb.

Boyukmillet.com xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan iclasın formatına uyğun olmayan aqressiv çıxış edib. Azərbaycana qarşı əsassız iddialar səsləndirən erməni rəsmisi Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi qələmə verərək, tarixin arxivinə yollanmış “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən gündəmə gətirib.

İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına cavab verib və bundan sonra tərəflər arasında polemika yaranıb. Əli Əsədovun ardınca Qriqoryan söz alaraq yenidən qeyri-obyektiv çıxış edib.

Azərbaycanın hökumət rəhbəri erməni diversantların üçtərəfli razılaşmadan sonra Azərbaycan ərazisinə gizli yollarla daxil olduğunu, torpaqlarımızda cinayətlər törətdiyini xatırladıb. Digər tərəfdən isə, “Dağlıq Qarabağ” ifadəsinin mövcud olmadığını, yalnız “Azərbaycanın Qarabağ iqtisadi rayonu” olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …