Cümə , 5 Dekabr 2025
Drone Cameras

MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub. 

Bildirək ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiqi barədə qanun layihəsinin ona dair müvafiq qeyd-şərti ilə təsdiqi nəzərdə tutulur. 

Layihəyə əsasən, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 2015-ci il 16 oktyabr tarixli Sazişin iştirakçısı olmadığı üçün özünü həmin Sazişin müddəaları ilə bağlı hesab etmir.

Sənədə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin nəticələri tam aradan qaldırılana və münasibətlər normallaşana qədər hazırkı sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Check Also

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni …