Şənbə , 28 Mart 2026
Drone Cameras

Mehriban Əliyeva: “Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib.

Boyukmillet.com xəbərinə görə, Mehriban Əliyevanın “İnstagram” hesabında yer alan mətndə deyilir:

“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Mehriban Əliyeva: Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram!

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …