Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Meksikada prezidentin toxunulmazlığı ləğv edildi

Meksika Senatı dövlət başçısının məhkəmə toxunulmazlığından məhrum edilməsi ilə bağlı konstitusiyada edilən dəyişikliyi qəbul edib.

Bu barədə Boyukmillet.com  “TASS”a istinadən xəbər verir.

Dəyişikliyin lehinə 89 senat və əleyhinə isə 23 senat səs verib. Beləliklə, respublikanın seçilmiş lideri prezidentlik müddəti bitməmiş cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bundan başqa, prezidentə qarşı açılan cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl dövlət başçısı parlamentin qarşısında çıxış etməli olacaq.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …