Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Meksikada şar səbətində yanğın olub, ölənlər var

Meksikanın Mexiko ştatında şar səbətinin yanması nəticəsində iki nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib.

Olay sonucunda 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Şarı idarə edən şəxsin durumu bəlli deyil, çünki yaxınları onu qəza yerindən aparıblar.

Hadisə şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən səbətdən tullanıblar. İlkin məlumata görə, 13 yaşlı qız onların övladıdır. O, xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbinin yanacağın sızması olduğu ehtimal edilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …