Cümə , 6 Mart 2026
Drone Cameras

Melikov: “Dağıstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulub”

“Dağıstan hökuməti “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı üçün Xəzər hövzəsi ölkələri ilə əlaqələr qurmaq niyyətindədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində regionun rəhbəri Sergey Melikov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda regionu təmsil edən nümayəndə heyətinin Azərbaycana və İrana səfəri planlaşdırılır.

“Hazırda Xəzər hövzəsinin bütün ölkələrini tərəfdaş kimi nəzərdən keçiririk. İlk növbədə nəqliyyat-logistika dəhlizinin inkişafı çərçivəsində bizə daha yaxın olanlarla, növbəti mərhələdə isə digər dövlətlərlə işləyirik”, – o bildirib.

S.Melikov vurğulayıb ki, regionumuz Azərbaycan ilə yaxşı qonşuluq münasibətləri qurub və bu gün ölkələr arasında yaradılmış hökumətlərarası komissiya digər məsələlərlə yanaşı, nəqliyyat-logistika dəhlizinin imkanlarının genişləndirilməsi üçün keçid məntəqələrinin işinin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdən keçirir.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …