Bazar , 8 Fevral 2026
Drone Cameras

MHŞ-də icra hakimiyyəti orqanları nümayəndələrinin sayının azaldılmasına dair layihə təsdiqlənib

Məhkəmə-Hüquq Şurasında (MHŞ) icra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılması barədə layihə III oxunuşda qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur.

Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …