Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Milan” “İnter”i məğlub edib

Futbol üzrə İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü “İnter” və “Milan” komandaları arasında keçirilib.

Boyukmillet.com xəbər verir ki, “San Siro” stadionunda təşkil olunmuş görüş nominal qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

“Milan”ın qollarını 75-ci və 78-ci dəqiqələrdə Olivye Jiru vurub. “İnter”dən isə 38-ci dəqiqədə İvan Perişiç fərqlənib.

Bu, tarixdə 230-cu Milan derbisi olub. Qarşılaşmaların 78-də “Milan”, 84-də “İnter” qələbə əldə edibsə, 68 matç heç-heçə ilə yekunlaşıb. “Qırmızı-qaralar” “qara-göylər”i 14 noyabr 2010-cu ildən sonra ilk dəfə səfərdə yenməyi bacarıb. 12 il əvvəl “Milan” 1:0 hesablı qələbəyə nail olmuşdu.

Qeyd edək ki, “İnter” hazırda 23 oyundan 53 xalla A Seriyasında liderdir. “Milan” isə bu qalibiyyət sayəsində 24 matçdan 52 xalla 2-ci pilləyə qalxıb.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …