Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Millət vəkili Əziz Ələkbərli şəhid ailələri ilə görüşdü – FOTOLAR

Dekabrın 25-də və 26-da millət vəkili Əziz Ələkbərli növbəti dəfə Saatlı rayonunda olmuş, şəhid ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmış, şəhid abidələrinə gül dəstələri qoymuşdur.

Rayonun Əhmədbəyli kəndində şəhid Elvin Hökməli oğlu Həsənlinin, Dədə Qorqud kəndində şəhid Natiq Məmmədrza oğlu Rəşidovun evlərində olan millət vəkili şəhidlərin valideynlərini dinləmiş, qayğı və problemlərinin daim diqqət mərkəzində olacağına onları əmin etmişdir.

Millət vəkili şəhid Natiq Rəşidovun anası, azyaşlı qızı ilə tək yaşayan Rəşidova Gülbəniz Həzrət qızının vəziyyəti ilə bağlı müvafiq qurumlar qarşısında dərhal məsələ qaldıracağını bildirmişdir.

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …