Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Millət vəkilindən NATO seminarında orjinal aksiya

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.

Boyukmillet.com xəbər verir ki, iclasda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızıartlleriya atəşi nəticəsində Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilən nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın al qana qərq edilmiş fotolarını seminarın keçirildiyi salonun dəhlizində erməni vəhşiliyinə etiraz aksiyası olaraq  nümayiş etdirib.

Millət vəkili seminar iştirakçılarına hadisə haqqında ətraflı məlumat verib. Bildirib ki, Xocalıda uşaqlara qarşı soyqırımı həyata keçirilməsində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan bu gün də həmin əməllərini Qarabağda davam etdirir.

 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir