Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində “Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlanılmışdır.

Boyukmillet.com xəbər verir ki, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində “Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçirilir. Layihə 02 mart – 31 iyul 2022-ci il tarixini əhatə edir.
Təklif edilən layihə üzrə fəaliyyətlər Bakı şəhərində yerləşən ofisdən idarə olunacaq. Layihənin icrası üzrə ilkin hazırlıq işləri (müqavilənin imzalanması, sorğu blanklarının hazırlanması və donorla razılaşdırılması, layihə barədə “1 səhifəlik məlumat sənədi” və s.) tamamlandıqdan sonra layihə üzrə müəyyən edilmiş əsas vəzifələr çərçivəsində 5 fəaliyyət həyata keçiriləcəkdir.

Fəaliyyət 1.1: Hədəf rayonlar olan Quba, Xaçmaz və Şabranda “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi tədqiq edilərək hesabat hazırlanacaqdır. Bu məqsədlə 12 hədəf icma, 10 Yerli İN, 12 İİŞ, 4 QHT və 4 Sahibkarlıq subyektində fərdi görüşlər keçiriləcək, sorğular aparılacaq, sorğular təhlil edilərək, nəticələr barədə təqdimat hazırlanacaqdır.
Gözlənilən nəticə: Hədəf ərazilərin tədqiqi vasitəsilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair daha geniş məlumat əldə ediləcək.
Fəaliyyət 1.2: 12 hədəf bələdiyyənin və 12 İƏT-ın sosial media (Facebook, tweeter, whatsapp və s.) səhifələri yaradılacaq, səhifələr ictimaiyyət arasında paylaşılacaq. Bu səhifələrə Bələdiyyə qulluğuna qəbul, bələdiyyələrdə maraqların konflikti, bələdiyyə büdcəsinin icrası, bələdiyyə aktları, Bələdiyyə Şurasının qərarları və s. kimi təxminən 50 məlumat daxil ediləcəkdir.
Gözlənilən Nəticə: 12 hədəf bələdiyyə üçün nəzərdə tutulmuş sosial media kanalları vasitəsilə əsas məlumatların yayılması həyata keçiriləcək.

Fəaliyyət 2.1: 12 hədəf bələdiyyənin hər birində 2 onlayn “Praktik məsləhət” görüşləri keçiriləcəkdir. QHT, sahibkarlıq subyektləri, məktəblər və s. icma üzvlərinin sıx toplaşdığı yerlərdə sosial media səhifələri barədə icma üzvlərinə məlumatlar veriləcəkdir.
Gözlənilən Nəticə: 200-300 nəfər icma üzvünün hökumət orqanlarının və bələdiyyələrin öhdəlikləri haqqında bilikləri artmış olacaq.
Fəaliyyət 2.2: 12 hədəf icmanın hər birində “Elektron hökumət portalının imkanlarından istifadə” mövzusunda onlayn “Praktik məsləhət/təlim” (PM) keçiriləcək. “Praktik məsləhət”-ə nümunə olaraq icma üzvlərinin kommunal, internet, telefon xərcləri, cərimələrin və s. onlayn ödənilməsi həyata keçirələcək, digər elektron xidmət portalları və onlardan istifadə qaydaları barədə məlumatlar veriləcəkdir.
Gözlənilən Nəticə: “Praktik məsləhətlər” nəticəsində 12 icmada ən azı 50 ailə kommunal və digər ödənişləri ödəmə portalları (hesab.az və s.) vasitəsi ilə həyata keçirmiş olacaq, bu icmalarda ən azı 2 elektron ödəmə terminalı üçün müvafiq qurumlara müraciət edilmiş olacaq.
Fəaliyyət 2.3: Bütün hədəf qrupların iştirakı ilə 2 onlayn seminar keçiriləcəkdir. Seminarlarda 12 hədəf icma, 12 Yerli İN, 12 İİŞ, 4 QHT və 4 Sahibkarlıq subyekti nümayəndələri, regionlarda fəaliyyət göstərən KOBA-nın, donorun nümayəndələri, Açıq Hökumətin Təşviqinə Dair “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın nümayəndəsi, İqtisadiyyat Nazirliyinin regional idarələrinin əməkdaşları və s. iştirak edəcək. Seminarlar barədə press-reliz hazırlanacaq və bir neçə onlayn media saytlarında yayımlanması təmin ediləcəkdir. Seminarda hədəf icma qrupları, Bələdiyyələr və s. iştirakçılar tərəfindən təklif və ya tələblər səsləndirilərək müzakirə ediləcək, toplanılmış təkliflər müvafiq icra hakimiyyəti orqanlarına təqdim ediləcəkdir. Ən azı 1 rayonda “Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” yaradılacaq.
Gözlənilən Nəticə: Ən azı 1 rayonda Açıq Hökumətin Təşviqinə Dair “Yerli səviyyəli Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmış olacaq. Hədəf icmalar tərəfindən verilən təkliflər müvafiq icra hakimiyyəti orqanları ilə paylaşılacaq.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …