Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilir.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Milli Məclisin sədri və deputatları, elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Yazıçılar Birliyinin sədri Anar, Audiovizual Şuranın sədri İsmət Səttarov və başqaları iştirak edirlər.

Qonaqlar “Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi”, “Azərbaycan ədəbi dilinin vahid norması”, “Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə” və s. mövzularda çıxış edəcəklər.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …