Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Check Also

Zahid Oruc parlamentdə inqilablardan danışdı

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin bugün keçirilən iclasında ərəb ölkələrində baş …