Cümə , 5 Dekabr 2025
Drone Cameras

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

“Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edildi! Bu qərara görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Məclis rəhbərliyinə, spiker Sahibə Qafarovaya minnətdaram”.

Boyukmillet.com xəbər verir ki, bunu Əməkdar jurnalist Mahir Məmmədli öz feysbuk hesabında yazıb.

Xatırladaq ki, bir müddət öncə M. Məmmədli sosial media hesabında qeyd etmişdi ki, Milli Məclisdə jurnalistlərin smartfon tipli telefonlardan istifadəsinə qadağa qoyulub.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov səslənən irada belə cavab vermişdi:

“Milli Məclisə daxil olarkən jurnalistlərdən telefonların alınması Milli Məclisin yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qərarıdır. Milli Məclisdə jurnalistlərin fəaiiyyəti üçün hər bir şərait yaradılıb. Onlar üçün telefon, faks, televizor da quraşdırılıb. Onların notbuk və telefonla Milli Məclisə daxil olmasına icazə verilmir. Amma Milli Məclisə daxil olarkən nələrin içəri keçirilməsinə icazə verilməsi Milli Məclisin qərarı deyil. Milli Məclis qorunan binadır. Buna da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzarət edir. Bu gün onlar bu qaydanın belə olmasını istəyir”.

Check Also

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni …