Cümə , 22 Noyabr 2024
Drone Cameras

Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib

“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.

Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

“Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Burada işləyən sürücülərin nəinki əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, uzun müddət Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunublar. Məlum çıxışıma görə deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq məni qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Sahibə xanım, sizdən və xalqımdan da üzr istəyirəm”, – deputat bildirib. 

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatlar yaymasın. 

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …