Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında” və “Hidrometerologiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.

“Hidrometerologiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırkı qanunvericiliyə əsasən belə mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilir.

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna təklif olunan dəyişikliyə görə isə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanın təklifi əsasında dəyişdiriləcək.

“Atçılıq haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyıb.

Hər üç layihə parlamentin plenar iclasına tövsiyə olunub. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir