Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya hökuməti təcili iclas keçirir

Rusiya hökuməti təcili olaraq toplantı keçirir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

“Sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Gündəliyimizin vaxtında dəyişiklik olub. Saat 12:00-da (Moskva vaxtı ilə – “Report”) hökumətin təcili iclası olacaq”, – deyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 16-da şuranın toplantısında bildirib.

Xəbərdə onun iclasın çağırılma səbəbi haqda məlumat vermədiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. O, “Başneft”in dövlət səhmlərinin “Rosneft”ə satılması ilə bağlı sövdələşmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət almaqda şübhəli bilinir. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir