Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

Milli Qəhrəman Albert Aqarunovun Şuşada şəhid olduğu gündür

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Bakıya gəlib.

Boyukmillet.com xəbər verir ki, o, bu gün Şəhidlər Xiyabanına gedərək qardaşı Albertin məzarını ziyarət edəcəyini bildirib.

Qeyd edək ki, bu gün Albert Aqarunovun şəhədatə yüksəldiyi gündür.

O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək, 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …