Cümə , 29 Mart 2024
Drone Cameras

Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək

Regionda vəziyyət dəyişir. Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə yeni reallıq yaranıb.

 Bizə dəstək verən ölkələr olduğu kimi, neytral və ya açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edən dövlətlər də var.

Boyukmillet.com xəbər verir ki,  Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib.

O, Ermənistanın maraqlarından istifadə etməklə bölgədə sülhün və sabitliyinin pozulmasını dəstəkləyən qüvvələrin olduğunu vurğulayaraq deyib: “Azərbaycanın Zəngəzurla bağlı mövqeyi açıq-aşkardır. Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə diqqətə çatdırıb ki, Azərbaycan yalnız sülhün tərəfdaşıdır. Ancaq sabitliyi pozan hər bir hücumun qarşısı qətiyyətlə alınacaq”.

“Qarşı tərəflə böyük sülh    sazişinin imzalanması planlaşdırıldığı bir vaxtda düşmənin təxribat xarakterli hücumları bir daha onların verdikləri sözlərə inanmalı olmadığımızı sübut etdi”, – deyən R.Zeyni sentyabrın 12-də baş verən təxribat barədə danışıb.
 O bildirib: “Bu təxribat ermənilərin necə yalançı olduqlarını, eyni zamanda, Ermənistanda hakimiyyətin qeyri-peşəkar səviyyədə idarə edildiyini bir daha təsdiqlədi. Onlar Azərbaycan Ordusunun verdikləri “dərs”lərdən hələ də ibrət götürməyiblər.
 Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır”.

Qeyri-hökumət təşkilatlarının Ermənistanın təxribatları ilə əlaqədar fəaliyyətinə də toxunan R.Zeyni qeyd edib: “Biz də qeyri-hökumət təşkilatları olaraq dünya ictimaiyyətinə səsləndik. Bu təxribatdan sonra fəaliyyətimizi daha da gücləndirməliyik. Ordumuz və dövlətimizlə birlikdə düşmənlərə qarşı daim inamla mübarizə aparmalıyıq. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda
təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi addımlar dəstəklənməlidir. Dünya ictimaiyyətini dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq”.

Check Also

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” …