Cümə , 29 Mart 2024
Drone Cameras

Milli Teatr yeni mövsümü “Zəfər yolu” tamaşası ilə açıb

Milli Teatr yeni mövsümü “Zəfər yolu” tamaşası ilə açıb.

Boyukmillet.com xəbər verir ki, 44 günlük Vətən müharibəsinə həsr olunan səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yeni mövsümün açılışı münasibəti ilə teatrsevərləri təbrik edib.

Vətən müharibəsindəki tarixi qələbəmizdən söz açan xalq artisti bildirib ki, tamaşa xalqımızın qazandığı tarixi qələbəyə ərməğandır.

Daha sonra səhnə əsəri təqdim olunub.

Yeni yaradıcılıq işinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış ediblər.

Tamaşanın premyerasında tanınmış elm və mədəniyyət xadimləri də iştirak ediblər.

Check Also

Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir …