Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Bakıda kişilər arasında çimərlik voleybolu üzrə turnir təxirə salınıb.

Boyukmillet.com xəbər verir ki, buna səbəb yarışda iştirak etməli olan milli komandanın beynəlxalq yarışa dəvət almasıdır.

Yığma 9 – 11 iyulda Polşada təşkil olunacaq “Vaqner Memorial” turnirində iştirak edəcək. Kollektiv artıq səfərə çıxdığından çimərlik turniri başqa tarixdə keçiriləcək.

Turnirdə Azərbaycan millisinin rəqibləri Misir, Norveç və ev sahibi Polşa kollektivləri olacaq. Yığma ilk matçını iyulun 9-da Misir millisinə qarşı keçirəcək.

9 iyul
17:00. Misir – Azərbaycan

10 iyul
20:00. Polşa – Azərbaycan

11 iyul
15:00. Norveç – Azərbaycan

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …